Medvedev deyib ki, Xodorkovskinin azadlığa çıxması təhlükəli deyil

YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskinin azadlığa çıxması cəmiyyət üçün təhlükəli deyil.

Bunu Rusiya prezidenti Dimitri Medvedev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin sualına cavab verərkən deyib.

O həmçinin qeyd edib ki, baş nazir Vladimir Putin ölkənin inkişafıyla bağlı əsas məsələlərdə onunla həmfikirdir, amma bu o demək deyil ki, onların fikirləri hər şeydə üst-üstə düşür.