Qadın yazarlar kişiləri tozda qoydu

Detektiv yazarı Darya Dontsova 2010-cu ildə də Rusiyanın ən çox kitabı nəşr olunan müəllifləri siyahısında birinci oldu.

Son 4 ildə o liderliyi əldən vermir. Rospeçat (Федеральное агентство по печати и массовым коммуникациям России) 2010-cu illə bağlı hesabatını açıqlayıb.

Keçən il Dontsovanın 144 əsəri 5,459 milyon nüsxədə çap olunub.

İkinci yerdə Yulya Şilovadır. Onun 93 əsəri 4 milyon nüsxədə nəşr edilib. Üçüncü yerdə Tatyana Ustinova gəlir. Onun 48 əsəri 1,850 milyon nüsxədə çap olunub.

Dördüncü və beşinci yerləri Tatyana Polyakova ( 81 əsər - 1,729 milyon nüsxə) və Aleksandr Marinin (61 əsər - 1,675 milyon nüsxə).

Onluğa Boris Akunin, Yekaterina Vilmont, Anna və Sergey Litvinovlar, Oleq Roy, Aleksandr Buşkov da düşüb.

2010-cu ildə Rusiyada ən çox dərc olunan əcnəbi yazıçılar arasında Artur Konan-Doyl birinci yerdədir. İkinci və üçüncü yerləri Aleksandr Düma və Stefani Mayer tutub.