Mərdəkandakı məktəbin əsaslı təmiri üçün 1 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri haqda sərəncam imzalayıb.

Sərəncama əsasən, məktəb binasının əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 1 (bir) milyon manat vəsait ayrılacaq.

Mərdəkandakı 123 saylı məktəb 1896-cı ildə məşhur mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib.