Yəməndə snayperlər etirazçılara atəş açıb

Yəməndə tibb məmurları və etirazçılar bildiriblər ki, hökumət iqamətgahına yürüş zamanı azı 6 nəfər öldürülüb. Etirazçılar Yəmən prezidenti Ali Abdullah Salehin istefasını tələb edirlər. Məlumatlara görə, snayperlərin kütləyə atəş açması zamanı 6 nəfər ölüb.

Yəməndə üç aya yaxındır ki, prezidentin istefasını tələb edirlər. Saleh etirazlara qarşı təzyiqləri gücləndirib və regional vasitəçilikdən imtina edib.