AB 13 Suriya rəsmisinə sanksiya qoyuB

Avropa Birliyi hökumət əlyehinə nümayişlərin zorakılıqla dağıdılmasına görə, 13 Suriya rəsmisinə qarşı sanksiya qoyub.

Prezident Bashar al-Assadin adı siyahıda olmasa qardaşının adı siyahıda birincilərdəndir.

AB-nin siyahısı mayın 10-da qurumun rəsmi jurnalında nəşr olunub. Sanksiyaya görə, 13 nəfərə AB ölkələrinə səfər etməyə icazə verilməyəcək və onların hesabları dondurulacaq.