Liviyada ağır döyüşlər davam edir

Liviyada, Misrata şəhərinin hava limanı yaxınlığında üsyançılarla Qaddafi qoşunları arasında ağır döyüşlər gedir. Üsyançıların sözçüsü NATO-dan dərhal şəhərə girməyə çalışan Qaddafi qüvvələrinə zərbə endirməyə çağırıb.

NATO hava qüvvələri isə Tripoli yaxınlığındakı Zİntan şəhəri yaxınlığındakı hökumətin silah anbarlarına zərbə endiriblər.