Pakistanın baş naziri parlamentdə çıxış edəcək

Pakistanın baş naziri Yusuf Rza Gilani bu gün parlament qarşısında çıxış edəcək. Yerli xəbər agentliklərinin məlumatına görə, bu, “Əl-Qaidə” terror təşkilatının lideri Usama bin Ladenin öldürülməsindən sonra baş nazirin ilk geniş çıxışıdır.

Keçən həftə Parisə səfər edərkən Gilani dünya ictimaiyyətini terrorla mübarizədə İslamabada kömək etməyə çağırmışdı.