Gürcüstan qonşularıyla sərhəddə gediş-gəlişi sadələşdirir

Gürcüstan Türkiyə, Azərbaycan və Ermənistanla sərhədddə keçidi asanlaşdırır.

APA-nın məlumatına görə, Gürcüstanın baş nazir Nika Gilauri bildirib ki, yaxın vaxtlarda Türkiyə ilə sərhəddəki müasir Sarpi gömrük-nəzarət məntəqəsi istifadəyə verildikdən sonra iki ölkə arasında gediş-gəliş daha da asanlaşacaq.

Baş nazir qeyd edib ki, həmçinin Azərbaycan və Ermənistanla sərhədlərin sadələşdirilməsi barədə müqavilələr var və hazırda tərəflərlə iş aparılır, amma hələlik bu sahədə konkret addımlar atılmayıb.