Mayın 7-də «Gülüstan» sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə «Heydər Əliyev və Azərbaycanın müasir strategiyası» mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl partiya rəhbərliyi, deputatlar və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Konfransda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük layihələr həyata keçirildiyini deyib:
«Heydər Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müasirləşməsinə də ciddi təkan verib».
Konfrans işini bölmələrdə davam etdirəcək. /APA/