Masallıda kəndlərin birinə qaz verildi

Masallı rayonun Səmidxanlı kəndinə təbii qazın verilməsi bərpa olunub.

Kəndə qazın verilməsi 90-cı illərin ortalarında dayandırılmışdı. Masallı rayonun 119 kəndi var. Bu kəndlərin 51-ə təbii qaz verilir.

Bu barədə AzadlıqRadiosuna rayon Qaz İstismar İdarəsindən məlumat veriblər.