Gəncəçay üzərində bənd tikiləcək

Bənd vasitəsilə çayın önü kəsilərək suyun səviyyəsi qaldırılacaq.

Bu haqda şəhər fəallarının toplantısında icra hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Yeni yaradılacaq bənd Gəncə çay axarının 1 km-lik hissəsində qurulacaq. Layihənin davamı kimi Gəncədə bulvarın salınması planlaşdırılır.

2007-ci ildən Gəncəçayın sahilinin və məcrasının yenidən qurulması layihəsi hazırlansa da, hələ reallaşmayıb.

Layihəyə əsasən, çayın şəhər ərazisindən keçən 4 kilometrlik hər iki sahili boyunca dəmir-beton istinad divarları çəkilməli, mövcud 5 körpü əsaslı qaydada bərpa olunmalı, parklar, istirahət mərkəzləri salınmalıydı.