Böyük Vətən müharibəsi iştirakçılarıQələbənin 66-cı ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə çalışıb orden və medallarla təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200 manat birdəfəlik maddi yardım veriləcək.
Bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 8.7 milyon manat vəsait ayrılıb.