İngiltərə Yəməndə səfirliyini bağladı

Böyük Britaniya Yəməndəki səfirliyini bağlayıb və burda yalnız kiçik bir heyət saxlayıb. Yəməndə qanlı qarşıdurma artır.

Yəmən müxalifəti prezident Ali Abdullah Salehin istefası tələbi ilə bir aydan çoxdur ki, aksiyalar keçirir. Müxalifət martın 25-də Prezident Sarayına yürüş etməyə çağırıb.
Ali Abdullah Saleh 32 ildir hakimiyyətdədir və onun sonuncu prezidentlik müddəti 2013-cü ilin sentyabrında başa çatır.