Yəməndə Əl-Cəzirə kanalının yayımı dayandırılıb

Yəmənin hakim dairələri Əl-Cəzirə televiziya kanalının yayımını dayandırıb.

Bu barədə kanalın özü xəbər verir.

Yəmən hakimiyyəti bundan əvvəl kanalı ölkədə keçirilən kütləvi etiraz nümayişlərini işıqlandırarkən aksiyaçılara rəğbət bəsləməkdə ittiham eləmişdi.