ABŞ-ın müdafiə naziri Robert Gates Misirə gözlənilməz səfər edib

Birləşmiş Ştatların müdafiə naziri Robert Gates Qahirəyə gözlənilməz səfəri zamanı Misirin yeni hərbi hakimiyyətilə Liviyadakı vəziyyəti müzakirə edib.

O həmçinin Vaşinqtonun Misirdə demokratik islahatları dəstəklədiyini bildirib.

Misirlilər ötən bazar keçirilmiş referendumda ölkədə konstitusiyon islahatlar keçirilməsinə səs veriblər.