Əfqanıstan prezidenti talibançıları yenidən danışıqlara çağırıb

Əfqanıstan prezidenti Həmid Kərzai talibançıları yenidən sülh prosesində iştirak etməyə çağırıb.

Kabil məktəblərinin birində çıxış edən Kərzai ölkənin inkişafında təhsilin böyük rolunun olduğunu da bildirib.