Liviyada tutulmuş üç jurnalist azad olunub

Liviyada keçən həftə tutulmuş üç jurnalist azad olunub. Onlardan ikisi “Frans Press” agentliyinin əməkdaşıdır.

Üçüncü azad olunmuş müxbir-fotoqraf Jo Reydl Amerikanın “Getti” agentliyinin əməkdaşıdır. Onların üçü də Tripolidəki otelə gətirilib.

Bu arada ərəb telekanalı “Al-Jazira” ilə əməkdaşlıq edən dörd jurnalist hələ də saxlanmaqda davam edir.

“Frans Press”in xəbərinə görə, Liviyada son hadisələr zamanı azı iki reportyor həlak olub.