Suriyada nümayişlərin 5-ci günüdür

Suriyada 5-ci gündür ki, hakim elitanın istefası tələbi ilə nümayişlər gedir.
Ölkənin cənubundakı Daraa və Nava şəhərlərində azadlıq şüarı ilə küçələrə yüzlərlə adam çıxıb.
Həmin Daraa şəhərində keçən həftənin axırında nümayişlərin dağıdılması zamanı 6 adam ölmüşdü.
BMT-nin insan haqları üzrə baş komissarı Navi Pillay Suriya hakimiyyətini həmin hadisəni araşdırmağa çağırıb.