ABŞ səfiri Azad Fikir Universitetinin qonağı oldu

Martın 19-da Azad Fikir Universitetinin xüsusi qonağı ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Matthew Bryza idi.

Səfir Azərbaycan-ABŞ əlaqələri və Azərbaycanın inkişaf modelində insan hüquqlarının qorunmasının vacibliyi haqqında danışdı.

http://player.vimeo.com/video/21316572

- «Azad Fikir Universiteti kimi azad müzakirə platformalarının mövcud olması çox vacibdir və belə qurumlar Azərbaycanda demokratiyaya ümid verir. Çünki müzakirələr açıq şəkildə baş verməsə, onlar qapalı məkanlarda davam edəcək və qapalı məkanlarda konstruktiv düşünən insanlar öz fikirlərini bölüşə bilməyəcək və onların dəlilləri eşidilməyəcək».

- «Misirin keçmiş prezidenti Hüsni Mübarək dünya ictimaiyyəti qarşısında iki seçim qoymuşdu: ya onun güclü avtoritar hakimiyyəti ya da ki, fundamental islam ekstremizmi. Bu iki ssenari Azərbaycan üçün uyğun deyil və istənilməzdir. Biz ümid edirik ki, Azərbaycan üçüncü yolu - qızıl ortamı seçəcək: bu da liberal-demokratiyadır. Bizə demokratik və stabil Azərbaycan lazımdır».

- «Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq sahələri bunlardır: islahatlar (o cümlədən insan haqları), Dağlıq Qarabağ problemin tez və sülh yolu ilə həll olunması və Azərbaycanın neft sektoru ilə təhlükəsiz və hər iki tərəf üçün əlverişli əməkdaşlıq».