Yəməndə ruhanilər prezidenti günahlandırır

Yəməndə daha bir nazir istefa verib – o, hökumət qüvvələrinin dinc nümayişçilərə atəş açmasına etiraz olaraq bu addımı atıb.

Bununla da istefa verən nazirlərin sayı 3-ə çatıb.

Ölkənin nüfuzlu ruhaniləri isə qətllərə görə prezident Salehin məsuliyyət daşıdığını deyiblər.

Təhlükəsizilik qüvvələri bir aydır səngiməyən nümayişlərin iştirakçılarına atəş açsalar da, paytaxt Sananın bəzi yerlərində etirazlar davam edir.