Rusiyada hakim partiyanın qadağan edilməsi tələbilə mitinq keçirilib

İjevskdə “Vahid Rusiya” partiyasının qadağan edilməsi tələbilə mitinq keçirilib.

2 minədək adamın iştirak etdiyi aksiyanı “Yabloko” və “ Rusiya Vətənpərvəri” partiyalarının regional şöbələri təşkil edib.

AzadlıqRadiosunun müxbirinin məlumatına görə, aksiyaçılar “Vahid Rusiya” partiyasını xalqa qarşı siyasət yeritməkdə, xüsusilə kommunal xidmətləri qaldırmaq və təbii sərvətləri məhv etməkdə günahlandırırlar.