Tovuzda yük qatarı xətdən çıxıb

Tovuz rayonunda dəmiryol qəzası baş verib.

ANS PRESS-in Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədova istinadla verdiyi məlumata görə, Tovuz-Qovlar mənzilində yük qatarının 5-ci vaqonu relsdən çıxıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə səhər saat 8:30 radələrində baş verib.

Nadir Əzməmmədovun sözlərinə görə, qəza nəticəsində qatarların hərəkətində gecikmə olmayıb.