Azərbaycan Yaponiyaya 1 milyon dollar yardım ayırıb

Azərbaycan Yaponiyaya maliyyə yardımı ayırıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yaponiyada baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və ölkəyə dəymiş ziyanı nəzərə alaraq Nazirlər Kabinetinin 18 mart 2011-ci il tarixli sərəncamıyla Yaponiyaya 1 milyon
ABŞ dolları məbləğində yardım göstəriləcək.