Pakistanda raket zərbəsilə 30 nəfərin öldürüldüyü xəbər verilir

Pakistanın şimal-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında raket zərbəsi nəticəsində azı 30 adamın öldüyü xəbər verilir.

Əməliyyatı ABŞ ordusunun pilotsuz təyyarəsi keçirib.

Pakistan təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib ki, zərbə talibançıların Şimali Vəziristandakı hərbi düşərgəsinə endirilib.