Əsirlər dəyişdirildi

Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Anar Hacıyev martın 17-də Azərbaycana qaytarılıb.

O, 2009-cu ilin mayında təmas xəttində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Bunun əvəzində 2009-cu ilin mayında Azərbaycan ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1978-ci il təvəllüdlü Artur Badalyan Ermənistana tərəfə verilib.

Əsirlərin qaytarılması prosesi Ağdam rayonun Baş Qərvənd kəndi ərazisində baş tutub. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Məlumatı Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası yayıb.

Hazırda Ermənistanda daha bir Azərbaycan hərbçisinin əsirlikdə olduğu bildirilir.

Azərbaycanda isə hazırda 8 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

Onlardan 3-ü Azərbaycana könüllü keçdiyi bildirilən hərbçilər, beşi isə bir ailənin üzvü olan mülki şəxslərdir.