Amerikalı general Əfqanıstanda irəliləyiş olduğunu deyir

“ NATO qüvvələri ötən il Əfqanıstanda təşəbbüsü talibançıların əlindən ala bilib”.

Bunu Əfqanıstandakı koalisiya qüvvələrinin baş komandanı amerikalı general David Petraeus ABŞ senatında keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Amma o xəbərdarlıq edib ki, bu uğura baxmayaraq vəziyyət pisləşə də bilər.