Şirvanda zəlzələ olub

Martın 14-də Şirvan şəhərindən 35-40 kilometr aralıda zəlzələ hiss olunub.

Seysmoloji Xidmətin yaydığı məlumata görə, yeraltı təkan 12 ballıq cədvəl üzrə episentrdə 3.5, Şirvan və Hacıqabulda 3, Sabirabadda 2 bal gücündə hiss olunub.

Zəlzələ günün müxtəlif saatlarında təkrar olub.

İnsan tələfatı və dağıntı yoxdur.