Qobustanda vulkan püskürüb

Martın 13-də Qobustan rayonu ərazisində Şıxzəyirli vulkanı püskürüb.

Şahidlər alovun 50 metrdən yuxarı qalxdığını deyirlər.

FHN-yi hadisə yerinə mütəxəssislər və xilasedicilər göndərib.

Hazırda alovun səngiyərək 1-2 metrə düşdüyü xəbər verilir.

Yerli sakinlərə təhlükə yoxdur, araşdırmalar gedir.