Ərəb Liqası Qaddafi rejimi ilə sonrakı davranışı müzakirə edir

Ərəb Liqası ölkələri Liviyada böhranın müzakirəsinə toplaşır. Qahirədə keçirilən müzakirədə Liviya üzərindən uçuşlara qadağa qoyulması və Benghazi şəhərində müxalifətin formalaşdırdığı Milli Şuranın tanınması əsas mövzulardır.

Martın 11-də Avropa Birliyi liderləri də Muammar Qaddafinin hakimiyyətdən uzaqlaşdırılması sahəsində addımları razılaşdırıblar. Amma hələlik Liviya üzərindən uçuşlara qadağa qoyulması, ya da Qaddafi rejiminə hərbi təzyiqlərlə bağlı razılıq əldə edilməyib.

Qaddafiyə tabe olan hərbi hissələri bugünlər müxalifətin əlində bir neçə şəhəri geri alıblar.