11 mart aksiyasında tutulanların 8-nə həbs cəzası verilib

11 mart aksiyası zamanı saxlananların 8-i həbs cəzası alıb. Onlardan ikisinə 6 və 8 sutka, qalanlarına isə 7 sutka iş kəsilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev deyib.

Onun bildirdiyinə görə, 3 nəfər 20-25 manat cərimələnib, qalanları isə xəbərdarlıq edilərək buraxılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, martın 11-də paytaxtda aksiya keçirmək istəyən gənclərdən 43-ü saxlanılıb. Polis əməkdaşlarının tələblərinə tabe olmayan 20 nəfərin işi məhkəməyə göndərilib. Yerdə qalan 23 nəfər isə xəbərdarlıq edilərək buraxılıb.