Azərbaycanın sərhəd zastavasında ölüm hadisəsi baş verib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin cənub sərhəd zastavasında ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə martın 9-da Cəlilabadın Sərxanlı kəndi ərazisindəki Sərhəd Zastavasında qeydə alınıb.

Zabit, mayor Raqif Qəniyev tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.

Hadisənin səbəbi məlum deyil.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən isə APA-ya bildirilib ki, hadisəyə səbəb mayor Raqif Qəniyevin silahla ehtiyatsız davranması olub.

Faktla bağlı cinayət işi açılıb.