Rezidenturaya qəbul qaydaları açıqlandı

Martın 10-u Tibb Universitetinin VI kurs tələbələri ilə TQDK-nın sədri Məleykə Abbaszadə görüşb. Bu barədə AzadlıqRadiosuna TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə  məlumat verib.  Görüşdə tələbələrin rezidentura ilə bağlı təklif və rəyləri dinlənilib, onları maraqlanlandıran suallar cavablandırıb. Elnur Nağızadənin sözlərinə görə, rezidenturaya qəbul qaydalarının şərtləri  TQDK-nın rəsmi saytında açıqlanıb:
«Rezidenturaya qəbul proqramını bizim əməkdaşlarla  yanaşı Səhiyyə nazirliyinin və Tibb Universitetinin mütəxəssisləri hazırlayıb. Onların işinin yekunu olaraq  qəbul qaydaları, qəbul proqramları və ixtisas seçimi artıq elan olunub»

Tibb Universitetinin VI kurs tələbələrinin sözlərinə görə, martın 10-u TQDK-nın qarşısında rezidentura ilə bağlı aksiya olacaqdı. Etirazlarının səbəbi isə, fevralda açıqlanmalı olan rezidenturaya qəbul qaydaları və proqramlarının bu vaxta kimi təsdiqlənməməsi idi. Lakin TQDK-nın sədri Məleykə Abbaszadənin tələbələrlə olan  bu görüşündən sonra aksiyanın keçirilməsinə ehtiyac görülməyib. Bununla belə aksiyanın keçirilməsi nəzərdə tutulan yeri polislər nəzarətə götürüblər .