Internetdə Azərbaycan ədəbiyyatı kitabxanası yaradıldı

Azadlıq Radiosunun “Oxu zalı”nda yeni layihə işə düşür:

Azərbaycan ədəbiyyatı kitabxanası!


(KİTABXANAYA DAXİL OLMAQ ÜÇÜN BU LİNKİ SIX)

Azadlıq Radiosunun “Oxu zalı” səhifəsindəki “On-line kitabxana” bölümünə daxil olmaqla (səhifənin bir qədər aşağısında solda) siz 20-ci əsrin ikinci yarısından sonra yaranan Azərbaycan ədəbiyyatı nümunələrini oxuya bilərsiniz.

(AZADLIQ RADİOSUNUN "OXU ZALI" SƏHİFƏSİ)

Üzvlük yox, zəhlətökən axtarışlar yox!

Amma hələ ki kitabxana genişləndirilmə mərhələsindədir.

Müəlliflərin yalnız bir hissəsinin əsərlərini kitabxanaya daxil edə bilmişik.

Bu iş davam etməkdədir.

Kitabxananın kataloqu bitkin deyil.

Əsərlərinin kitabxanada olmasını, yaxud kitabxanaya digər əsərlərinin də əlavə edilməsini istəyənlər bu ünvana müraciət edə bilərlər: oxuzali@azadliqradiosu.az

Kitabxanaya dərc edilən əsərlər əsasən "Oxu zalı" yaradılandan bəri orada çap edilən şeirlər, poemalar, hekayələr, povestlər, esselər, romanlardan parçalardır.

Kitabxana "Oxu zalı"nın materialları əsasında davamlı yenilənəcək.

Gələcəkdə kitabxanamıza Azərbaycan klassik ədəbiyyatının nümumələri də əlavə ediləcək.

Kitabxana ilə bağlı təklif və iradlarınızı bilməyə sevinərdik.