Moskva Ümumdünya Tiçarət Təşkilatına qoşulacağına ümidlə yanaşır

Rusiya prezidenti Dimitri Medvedev ölkəsinin artıq bu il Ümumdünya Ticarət Təşkilatına qoşulacağına ümidlə yanaşır.

Medvedev bunu çərşənbə günü Moskvada Birləşmiş Ştatların vitse-prezidenti Joe Bidenlə görüşdə deyib.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlıqla yanaşı ABŞ-ın Avropada hava hücumlarından müdafiə sistemi qurmaq planı və Liviyadakı vəziyyət də müzakirə olunub.