BMT Gaddafi rejiminə qarşı istintaqa başlayıb

BMT Liviyada Gaddafi rejiminin siyasi rəqiblərinə işgəncələr verməsi və mümkün edamlarla bağlı istintaqa başlayıb.

Bu barədə təşkilatın işgəncələr üzrə xüsusi nümayəndəsi Juan Mendez məlumat verir.

O xəstəxanaya gətirilən yaralıların öldürülməsi, dinc nümayişçilərə qarşı silah işlədilməsi və müxalifətçilərin oğurlanması barədə məlumatlar olduğunu deyir.