Əfqanıstanda mülki vətəndaşların ölümü artıb

BMT deyir ki, ötən illə müqayisədə Əfqanıstanda müharibə vaxtı öldürülən mülki vətəndaşların sayı xeyli artıb.

Qurumun Əfqanıstandakı missiyası bu haqda illik hesabatını açıqlayıb.

Hesabatda 2010-cu ildə 2700 mülki vətəndaşın öldürüldüyü deyilir. Bu da keçən ilkindən 15 faiz çoxdur.

Amma hesabat müəllifləri deyir ki, həyəcan təbili çalmağa vadar edən başqa məqamdır – qətllər artıb. Hökumətə, NATO qüvvələrinə bağlı məmurların, yardım işçilərinin və mülki vətəndaşların qətlləri iki dəfə artıb.