Yaponiyada zəlzələ olub

Yaponiyanın şimal şərq hissəsində güclü zəlzələ baş verib.

Titrəyişi Tokioda da hiss ediblər. Amma dağıntılar barədə xəbər verilmir.

Yerli KİV-lər xəbər verirlər ki, ehtiyat tədbirləri olaraq şimal-şərqə sürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Yaponiyanın Sanriku adlanan şimal-şərq hissəsi əvvəllər sunamidən zərər görmüşdü.