Saakaşvili sərmayə dalıyca ABŞ-a gedir

Gürcüstan prezidenti Mikhail Saakashvili bir həftəliyinə ABŞ-a rəsmi səfərə gedir. Saakaşvili Nyu-York, Mayami və Vaşiqntonda olacaq. ABş rəsmiləri ilə yanaşı Beynəlxalq Valyuta Fondunun rəhbərliyi və iş adamları ilə görüşəcək. Görüşlərdə Gürcüstan iqtisadiyyatına sərmayələr qoyulması təşviq ediləcək.