Estoniyada parlament seçkisi keçirilir

Estoniyada parlament seçkisi keçirilir.

101 deputat mandatı uğrunda 789 namizəd mübarizə aparır.

Onlardan 32-si müstəqil namizəd, qalanları isə seçkilərə buraxılmış 9 partiyanın təmsilçiləridir.

Səsvermələrdə 900 mindən çox seçicinin iştirakı gözlənilir.

Bələdiyyə seçkilərindən fərqli olaraq, parlament seçkisində vətəndaşlığı olmayan şəxslər iştirak edə bilməz.

Hazırda Estoniyada bu cür 120 min adam var.