İnterpol Qaddafini beynəlxalq axtarışa verdi

Beynəlxalq Polis Təşkilatı – İnterpol martın 4-də Liviya lideri Muammar Qaddafi və daha 15 liviyalıya qarşı beynəlxalq axtarış elan edib. Siyahıda Qaddafinin ailə üzvlərinin də adları var.

İnterpol təşkilata üzv ölkələri Qaddafiyə qarşı BMT-nin qadağalarının icrasına və Beynəlxalq Məhkəmənin araşdırmalar aparmasına yardım xahiş edilir. Bu Məhkəmə Qaddafi rejiminin insanlıq əleyhinə cinayətlər törətməsi ittihamı ilə mümkün cinayət işi ilə bağlı araşdırmalara başlayıb.