Korrupsiya ilə mübarizə aparmaq üçün qaynar xətt açılıb

Azərbaycanın Baş Prokurorluğu korrupsiya ilə mübarizə aparmaq üçün qaynar xətt açıb.

Vətəndaşlar martın 3-dən 161 nömrəli telefona zəng edərək korrupsiya faktları barədə məlumat verə bilərlər.

Baş Prokurorluğun rəsmi internet saytında bildirilir ki, xətt istirahət və bayram günləri də daxil olmaqla fasiləsiz işləyəcək.