Hakimiyyətlə siyasi partiyaların dialoqu təxirə salınıb

Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub

ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə martın 7-8-də keçirilməsi planlaşdırılan siyasi partiyalarla hökumət üzvlərinin müzakirəsi təxirə salınıb.

ATƏT-in Bakı Ofisinin mətbuat katibi Rəşad Hüseynov AzadlıqRadiosuna bildirib ki, «səbəb iştiraka dair bəzi problemlərin yaranması»dır.

Tədbirin yeni vaxtı yaxın günlərdə elan olunacaq.

Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub.

Tədbirdə Prezident Administrasiyası, parlament və 18 siyasi partiyanın nümayəndəsi Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyi müzakirə edəcəklər.

Məqsəd hökumətə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.