Gaddafi şəhərləri bombalayır

Liviyadan gələn xəbərlərə görə, Muammar Gaddafinin ordusu Brega şəhərini tutub. Burda ölkənin ən iri neftçıxarma müəssisələri yerləşir.

Bundan sonra şəhər havadan zərbələr endirilməyə başlanılıb. Qonşu Ajdabiyah şəhəri də bombalanıb.

Qaçqınlar isə Liviyanı tərk etməkdə davam edir. On minlərlə adam Tunislə sərhəd bölgəyə yığışıb.

Qərb ölkələri Gaddafi hakimiyyətdən əl çəkənə qədər ona təzyiqlər göstərilməsinin vacib olduğunu bildiriblər. Liviya sahillərinə bir neçə Amerika hərbi gəmiləri gətirilib.