Son 10 gündə Liviyadan 75 min adam çıxıb

İtaliya Liviyadan olan qaçqınlara yardım göstərilməsi üçün Tunisə humanitar yardım göndərib.

BMT-nin qaçqınlar komissiyasından bildiriblər ki, fevralın 28-də və martın 1-də Liviyadan Tunisə 14 min qaçqın gəlib. Bu ölkədə çaxnaşmalar başlayandan ən yüksək göstəricidir.

Son 10 gündə isə Liviyanı 75 minə yaxın adam tərk edib.