Omanda etiraz aksiyaları 4-cü gündür davam edir

Sohar şəhərində iş və siyasi islahatlar tələbi ilə küçəyə çıxan nümayişçilərdən biri yaralanıb.

Omanın əsas sənaye mərkəzi olan Soharda bazar günü 6 nəfərin öldüyü bildirilir. Həmin gün polisə daş atan nümayişçilərə polis atəş açıb.

Dünən etiraz dalğası paytaxt Muskata yayılıb.

Omana 40 ilə yaxındır Sultan Qaboos bin Said əhbərlik edir.