İran müxalifəti mitinq keçirəcək

Martın 1-də İranda həbs olunmuş müxalifət liderlərinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilməsi planlaşdırılır. İcazəsiz aksiyalar Tehran və digər şəhərlərdə keçirilə bilər.

Fevralın 28-də məlum olub ki, İranın tanınmış müxalifət liderləri Mir Hossein Musavi və Mehdi Karroubi həbs edilib.

Hər ikisi fevralın 14-dən bəri ev dustaqlığındaydı. Onlar Misir və Tunisə dəstək olaraq aksiya keçirməyə çağırırdılar.

İran rəsmiləri məlumatları təkzib edir.
Ağ Ev isə həbsləri «qəbuledilməz» adlandırıb və hər ikisini azadlığa buraxmağa çağırıb.