Tatarıstan prezidenti martın 2-də Azərbaycana gəlir

Tatarıstan prezidenti Rüstəm Minnixanov martın 2-də Azərbaycana səfər edəcək.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycana işgüzar səfəri çərçivəsində Tatarıstan Prezidentinin prezident, fövqəladə hallar naziri, Milli Məclisin sədri və Azərbaycandakı tatar icmasının nümayəndələri ilə görüş keçirəcəyi bildirilir.