Kreml prezidentlərin görüşü barədə məlumat yayıb

Martın 5-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

Xəbəri Rusiya prezidentinin rəsmi saytı - Kremlin.ru yayıb.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Soçiyə gələcəklər.

Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirə olunacağı planlaşdırılır.