İran 2012-ci ilin Olimpiya emblemindən qəzəblənib

Tehran 2012-ci ilin London Olimpiadasının embleminin formasından qəbələnib.

İran Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə göndərdiyi etiraz məktubunda qeyd edir ki, emblemdə “2012” rəqəmi qəsdən elə yazılıb ki, “Zion” sözü oxunsun. “Zion” isə əksər dini çevrələrdə Yerusəlim şəhərinin adı kimi başa düşülürdüşülür.

İranın Milli Olimpiya komitəsi emblemin bu şəkildə hazırlanmasını “irqçilik” adlandırıb.

Emblemin hazırlanmasına 650 000 dollara yaxın pul xərclənib.