Şimali Afrika ölkələrində olan Azərbaycan vətəndaşları üçün qaynar xətt

Azərbaycanın Xarici İşlər Nazirliyi Bəhreyn və Yəməndə olan vətəndaşlara üzləşdikləri problemlərlə bağlı Səudiyyə Ərəbistanındakı səfirliyə müraciət etməyi tövsiyyə edir.

Fevralın 28-də Nazirlikdən yayılan məlumatda deyilir ki, bunun üçün Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində qaynar xətt yaradılıb. Onun nömrələri belədir: + 966 1 419 2382 və + 966 53 422 93 01

Hazırda Bəhreyn və Yəməndə siyasi islahatlar tələbilə kütləvi etiraz askiyaları davam edir.

Azərbaycan Ukrayna vasitəsilə Liviyadan vətəndaşlarının çoxunu çıxarıb.